Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiya və ABŞ növbəti beş il ərzində süni intellektin inkişafına birgə 1 milyard dollar investisiya qoymaq barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.
Saziş Yaponiya və Amerikanın süni intellektinin inkişafı proqramlarını elmi tədqiqatlara inteqrasiya etmək üçün strateji tərəfdaşlığa aiddir.
O qeyd edib ki, tərəfdaşlığa, xüsusən də, süni intellekt də daxil olmaqla, qabaqcıl elm və texnologiyanın müxtəlif sahələrində genişmiqyaslı beynəlxalq birgə tədqiqat və inkişaf üçün beş il ərzində ümumi dəyəri 1 milyard dollar olan strateji investisiya planı, eləcə də hesablama resurs bazasının gücləndirilməsi daxildir.
Kihara əlavə edib ki, tərəfdaşlıq həmçinin birgə tədqiqatlar üçün hesablama resurslarından qarşılıqlı istifadəni nəzərdə tutur. Kihara qeyd edib ki, bu tərəfdaşlıq Yaponiya və ABŞ arasında kvant informasiya elmi, termoyadroviy texnologiyası, biotexnologiya və kritik materiallar da daxil olmaqla, qabaqcıl elm və texnologiyanın müxtəlif sahələrində əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə səbəb olacaq.
