Yaponiya və ABŞ süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlığı gücləndirəcək | Banco.az

Yaponiya və ABŞ süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlığı gücləndirəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiya və ABŞ süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlığı gücləndirəcək.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden apreldə Vaşinqtonda keçiriləcək sammitdə süni intellekt və yarımkeçirici texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gələcəklər.

Məlumata görə, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi çərçivəsində tədqiqat və inkişaf üçün yeni strukturun işə salınacağı gözlənilir. Onun fəaliyyətində Amerika texnologiya nəhəngi Nvidia, Britaniyanın ARM şirkəti, SoftBank Qrupunun bir hissəsi, Amazon, Vaşinqton Universiteti və Tsukuba Universiteti iştirak edəcək. Layihəyə ilkin olaraq 100 milyon dollara yaxın vəsait ayrılacaq.

Bundan əlavə, Yaponiya və ABŞ iqtisadiyyat, iqlim dəyişikliyi və enerji, o cümlədən külək enerjisi sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gələcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et