Müəllif - Aida İsaq, Banco.az
Yaponiya 2022-ci ildə Ukraynaya kömək üçün 210 milyard yen vəsait (təxminən 1,6 milyard dollar) ayırıb.
Banco.az xəbər verir ki, bu məbləğə birbaşa Ukraynaya köçürülən vəsait, avadanlıq və humanitar yardımlar, həmçinin qaçqınları qəbul edən qonşu ölkələrə göstərilən yardımlar daxildir.
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Ukraynadakı səfiri Kuninori Matsuda və Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Aleksandr Kubrakov Kiyevdə keçirilən görüşdə 22,4 milyard yen məbləğində qrant ayrılması üçün sənəd imzalayıb. Ayrılan vəsaitin Ukraynada minatəmizləmə və dağıntıların bərpası, eləcə də ölkənin infrastrukturunun və kənd təsərrüfatının bərpası üçün xərclənəcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!