Yaponiya Ukraynaya humanitar yardım göndərəcək | Banco.az

Yaponiya Ukraynaya humanitar yardım göndərəcək

Müəllif - Aida İsaq, Banco.az

Yaponiya Ukraynaya 2,57 milyon dollar məbləğində humanitar yardım göndərəcək. Banco.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi vəsaitin enerji təchizatı sisteminin dəstəklənməsi məqsədilə ayrılacağını bildirib.

“Ukraynaya generatorlar və günəş enerjisi ilə işləyən lampalar şəklində təqribən 2,57 milyon dollar məbləğində təcili maliyyə dəstəyinin göndərilməsi barədə qərar qəbul edilib.

Bundan əvvəl "YASNO" şirkətinin baş direktoru Sergey Kovalenko Ukraynada elektrik enerjisinin kəsilməsinin ən azı martın sonuna qədər davam edəcəyini qeyd edib. Enerji sisteminin yenidən bərpa olunmasının isə vəziyyətdən asılı olacağı vurğulanıb.

Xatırladaq ki, daha öncə Norveç Nazirlər Kabinetinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Ukraynaya qarşıdan gələn qış mövsümi üçün 2 milyard kron (təxminən 190 milyon avro) həcmində qazın alınmasının maliyyələşdirilməsinə dair saziş imzaladığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram