Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə Yaponiya şirkətlərinin 23%-i istehsal xərclərinin artması səbəbindən öz məhsullarının qiymətlərini artırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu ölkənin 107 ən böyük korporasiyası və şirkəti arasında keçirilən sorğuda məlum olub. Məhsullarının qiymətini artırmaq niyyətində olanlar arasında "Toyota", "Nintendo" və kosmetika nəhəngi "Shiseido" yer alır. Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin 49%-i bu məsələ ilə bağlı hələ qərar vermədiklərini qeyd edib.
Sorğuda iştirak edən müəssisələrin 6%-i işçilərin əməkhaqqlarını artırmağı planlaşdırır. Respondentlərin 30%-i isə maaşları artırıb-artmamaq barədə qərar qəbul etməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!