Yaponiya Rusiyaya bəzi avadanlıqların ixracını qadağan edib | Banco.az

Yaponiya Rusiyaya bəzi avadanlıqların ixracını qadağan edib

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir.

Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.

Bildirilib ki, bu siyahıya 3D printerlər və kvant hesablamaları üçün avadanlıqlar daxil olacaq.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni adlar daxil olunub. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz halına salınmış metallar və metal ərintiləri, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et