Müəllif - Aida İsaq, Banco.az
Yaponiya Rusiyadan xam neft idxal etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Yaponiyanın bu addımı gələcəkdə yanacaq qıtlığının qarşısını almaq məqsədi daşıyır. Ölkə 2022-ci ilin may ayından bəri Rusiyadan neft idxal etməyib. Bununla yanaşı, Yaponiya daha öncə müdafiə sektoru ilə əlaqəli Rusiya şirkətlərinə və təşkilatlarına qarşı ixrac sanksiyalarını tətbiq etmişdi. Eyni zamanada kimyəvi silah istehsalı ilə bağlı olduğu qeyd edilən malların tədarükü qadağan edilmişdi.
Bütün bu və digər sanksiyaların tətbiqinə baxmayaraq, Yaponiya Rusiya nefti və qazına ciddi məhdudiyyətlər tətbiq etməkdən çəkinib. Ölkə “Saxalin-2” layihəsi çərçivəsində yanacağın tədarükü üçün güzəşt əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!