Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq | Banco.az

Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq

G7 sammitində iştirak etmək üçün Almaniyada səfərdə olan Yaponiyanın Baş naziri Fumio Kisida ölkəsinin qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon ABŞ dolları ayıracağını vəd edib.

Ayrılacaq vəsait Ukraynaya və ərzaq qiymətlərinin kəskin artmasından ciddi zərər çəkmiş Yaxın Şərq və Afrika ölkələrinə yardım üçün sərf ediləcək.

Xatırladaq ki, ərzaq təhlükəsizliyi G7 liderlərinin iyunun 26-dan 28-dək Almaniyada keçirilən zirvə görüşünün əsas müzakirə mövzularından biri olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram