Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayaraq) rekord büdcə sorğusu hazırlayır.
Banco.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, departament müdafiə xərclərini 8,4 trilyon yen (indiki məzənnə ilə 57,5 milyard dollar) səviyyəsində təyin etmək niyyətindədir.
Bu, ölkə tarixində ən böyük müdafiə büdcəsidir.
Bu maliyyə ili (2024-cü ilin aprel - 2025-ci il mart) bu xərc maddəsi 7,94 trilyon yen (54,3 milyard dollar) səviyyəsindədir. Beləliklə, artım təxminən 5,78% təşkil edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!