Yaponiya Mərkəzi Bankının yeni sədri rəsmi olaraq vəzifəyə təyin edilib | Banco.az

Yaponiya Mərkəzi Bankının yeni sədri rəsmi olaraq vəzifəyə təyin edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada parlament Ueda Kazuonun Mərkəzi Bankın (BoJ) yeni rəhbəri təyin edilməsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Yaponiyada hazırkı BOJ prezidenti Kuroda Haruhikonun ümumilikdə iki dəfə seçilən və 10 il davam edən səlahiyyət müddəti aprelin əvvəlində başa çatır.

Parlament Baş nazir Kişida Fumio hökuməti tərəfindən irəli sürülən Ueda Kazuonun 5 il müddətinə "BoJ-in yeni prezidenti" təyin edilməsini təsdiqləyib.

Qeyd edək ki, Yaponiyanın dövlət televiziyası Uedanın müharibədən sonrakı dövrdə bu vəzifəyə akademik sferadan təyin olunan ilk BoJ prezidenti olacağını elan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et