Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Mərkəzi Bankı prezident vəzifəsinə akademik Kazuo Uedanın namizədliyini irəli sürüb.
Banco.az xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida hökuməti səlahiyyət müddəti aprelin 8-də başa çatacaq Haruhiko Kurodanın yerinə akademik və keçmiş Bank Siyasəti Komitəsinin üzvü Kazuonun namizədliyini irəli sürüb.
Kazuo cümə günü jurnalistlərə açıqlamasında bildirib ki, bankın hazırkı pul siyasəti məqsədəuyğundur və monetar yumşaldılma davam etməlidir.
Xatırladaq ki, hazırki prezident Kuroda inflyasiya stabilləşənə qədər stimullaşdırmanın davam etməsinə təkid edirdi.
Onu da qeyd edək ki, Yaponiyada baza inflyasiyası dekabrda 4 faizlə 41 illik pik həddə çatıb və bununla da bankın ardıcıl 9 ay ərzində 2 faizlik hədəfini keçib. 9-10 mart tarixlərində isə Kurodanın sədrliyi ilə Mərkəzi Bankın pul siyasəti üzrə sonuncu iclasını keçirəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!