Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Bankı (BOJ) gəlir əyrisinə nəzarətdə çeviklik elan edib.
Banco.az xəbər verir ki, faiz dərəcəsini dəyişməyərək -0,1 faiz səviyyəsində saxlayan Yaponiya Bankı (BOJ) (mərkəzi bank) uzunmüddətli gəlirlərin daha yüksək səviyyələrə yüksəlməsinə imkan verəcək addımlar atıb.
Mərkəzi bankın bəyanatında 10 illik istiqraz gəlirinin idarə edilməsində daha çevik bir yanaşmanın qəbul ediləcəyi və 1 faizin istinad nöqtəsi olaraq alınacağı bildirilib.
Qeyd edək ki, BOJ-un sözügedən qərarından sonra dollar/yen gündəlik 0,6 faiz artımla 150 səviyyəsini sınaqdan keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!