Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib | Banco.az

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BoJ) tərəfindən edilən açıqlamada faiz dərəcəsinin mənfi 0,10 faiz səviyyəsində qalmasına qərar verildiyi bildirilib.

Qeyd edək ki, bazarların proqnozu da faiz dərəcələrinin dəyişməyəcəyi istiqamətində idi.

BoJ 10 illik gəlirlilik hədəfini də 0.0 faiz səviyyəsində saxlayıb.

Mərkəzi bank aprel ayında başlayan maliyyə ili üçün əsas istehlak qiymətləri üzrə artım proqnozunu isə oktyabrdakı 2,8 faizdən 2,4 faizə endirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram