Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcəsini artırıb | Banco.az

Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcəsini artırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcəsini artırıb.

Banco.az xəbər verir ki,bu barədə tənzimləyicinin iki günlük iclasının yekunu üzrə qərarında deyilir.

Məlumata görə, Yaponiya Bankı özünün  pul siyasətini yenidən nəzərdən keçirib və son illərdə faktiki olaraq mənfi səviyyədə müəyyən edilmiş uçot dərəcəsini qaldırıb.

Qısamüddətli faiz dərəcəsi əvvəllər olduğu kimi mənfi 0,1% əvəzinə 0-0,1% səviyyəsində müəyyən edilib. Bu, son 17 ildə ilk artımdır. Yaponiya Bankı da aşağı uzunmüddətli faiz dərəcələrini saxlamaq üçün əməliyyatları ləğv etmək qərarına gəlib. Bundan əlavə, tənzimləyici ETF-lərin alınmasını dayandıracaq və zəruri hallarda pul siyasətini yüngülləşdirmək üçün əlavə addımlar atmaqdan imtina edəcək.

Bu qərarın qəbul edilməsinə səbəb əmək haqlarının davamlı artımı və əhalinin gəlirlərinin artması olub ki, bu da hədəf 2% səviyyəsində sabit inflyasiyanın əldə olunmasına şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya milli valyutasının məzənnəsi uçot dərəcəsinin dəyişməsi ilə bağlı xəbərlər fonunda dollara nisbətdə bir qədər zəifləyib və hazırda bir dollar üçün 149,63 - 149,65 yen səviyyəsində ticarət olunur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et