Yaponiya Mərkəzi Bankı (BoJ) faiz dərəcəsini və qiymətli kağız alışı proqramında dəyişikliyə getməyib.
Yaponiya Mərkəzi Bankı (BOJ) bu gün keçirilmiş iclasında faiz nisbətində (uçot dərəcəsində) dəyişikliyə getməyərək mənfi 0.1 faiz səviyyəsində saxlayıb.
Mərkəzi Bank ixrac və sənaye istehsalına dair proqnozlarını aşağı salıb.
Qlobal iqtisadi səngimə ilə əlaqədar olaraq bir çox mərkəzi banklar yumuşaq pul siyasətində qalmağa məcburdurlar. Analitiklər Yaponiya Mərkəzi Bankının Yendə ani və ciddi güclənmə olmadıqca planlarını sabit saxlayacağını bildirirlər.
Marja