Yaponiya Mərkəzi Bankı (BOJ) növbəti iclasında faiz nisbətində dəyişikliyə getməyərək faizi mənfi 0.1 faiz səviyyəsində sabit saxlayıb.
"Bloomberg "in sorğusuna qatılan 50 iqtisadçının 49-u Yaponiya Mərkəzi Bankınin faizdə və qiymətli kağız alışı proqramında dəyişikliyə getməyəcəyini proqnozlaşdırırdı.
BOJ, inflyasiya proqnozunu bir daha salaraq, 2019-cu maliyyə ili üçün aşağı neft qiymətlərini əsas səbəb göstərərək 1,4 faiz səviyyəsindən 0,9%-ə endirib.
Yen, Yaponiya Mərkəzi Bankının (BOJ) ard-arda dördüncü toplantısında da inflyasiya proqnozunu endirməsinin ardınca G - 10 pullarının hamısı qarşısında dəyərdən düşüb.
İnflyasiya proqnozunun aşağı salınması Mərkəzi Bankın təşviq proqramından (qiymətli kağız alışı proqramından) çıxışının uzaqda olduğunun siqnalındır. Qiymətli kağız alışı proqramı ilə dövriyyəyə bol likvidlik təmin edilir.
Dollar/yen məzənnəsi 0.3 faiz artaraq 109.70 səviyyəsinə yüksəlib. Məzənnə ötən həftə 109.89 ilə bu ayın ən yüksək səviyyəsinə yaxınlaşmışdı.
Marja