Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Bankı (mərkəzi bank) faiz dərəcələrini proqnozlara uyğun olaraq sabit saxlayıb.
Banco.az xəbər verir ki, Yaponiya Bankı (BoJ) faiz dərəcəsini dəyişməyib.
BOJ-nin faiz iclasından sonra yayılan bəyanatda etalon faiz dərəcəsinin -0,10 faizdə sabit saxlanmasına qərar verildiyi bildirilib. Ekspertlər də bankın məhz belə qərar verəcəyini gözləyirdilər.
Xatırladaq ki, bank sonuncu dəfə faiz dərəcəsini 2016-cı ilin yanvarında 0,0-0,10 faizdən bugünkü mənfi səviyyəyə endirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!