Yaponiya iqtisadiyyatı 2019-cu ilin ikinci rübündə güclü istehlakçı xərcləri və sərmayələrin azalan ixracı kompensasiya etməsilə gözləniləndən çox artıb.
Ümumi daxili məhsul (ÜDM) ötən ilin 2-ci rübü ilə müqayisədə 1.8% artıb. İqtisadçıların proqnozu 0.5% artım olacağı istiqamətində idi.
Yaponiyada artım əsasən istehlakçı xərclərinin artmasından qaynaqlanıb.
Yaponiya iqtisadiyyatı bu il ixracda yeddi aydır azalmaya baxmayaraq böyüməsini davam etdirir. İqtisadçılar ABŞ- Çin ticarət müharibəsinin davam etməsi ya da dərinləşməsi vəziyyətində 2019-cu üçün 0.7% səviyyəsində daha yavaş bir artım nəzərdə tutur.
Marja