Yaponiya iqtisadiyyatı gözləniləndən çox artım göstərib | Banco.az

Yaponiya iqtisadiyyatı gözləniləndən çox artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın iqtisadi artımı gözləniləndən yüksək olub.

Banco.az xəbər verir ki, çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, Yaponiya iqtisadiyyatı 2023-cü ilin I rübündə proqnozlaşdırılandan daha böyük sürətlə artım göstərib.

Ölkənin İqtisadiyyat naziri Şiqeyuki Qoto məlumat verib ki, nominal ÜDM rekord həddə çataraq 570,1 trilyon yen olub. Bununla da, ÜDM göstəricisi ilk dəfə pandemiyadan əvvəlki pik həddini üstələyib.

Qeyd edilib ki, 2023-cü ilin ilk rübündə ÜDM əvvəlki ilin eyni dövrünə nisbətən 1,6 faiz artıb. Artım ötən rüblə müqayisədə isə 0,4 faiz hesablanıb.

İqtisadçılar ÜDM-in illik 0,7 faiz, rüblük isə 0,1 faiz artacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, dünyanın üçüncü ən böyük iqtisadiyyatına sahib Yaponiya iqtisadiyyata zərbə vuran iki il yarımlıq sərt Kovid məhdudiyyətlərindən sonra ötən ilin oktyabr ayında sərhədlərini tamamilə xarici turistlər üçün açıb. Turizmin canlanması ilə də ÜDM göstəricisində artım müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et