Yaponiya iqtisadiyyatı 0,8% daralıb | Banco.az

Yaponiya iqtisadiyyatı 0,8% daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada Ümumi Daxili Məhsul (ÜDM) oktyabr-dekabr dövründə illik 0,8 faiz azalıb.

Banco.az xəbər verir ki, Yaponiya iqtisadiyyatı Kovidlə yoluxma halının artması və ölkənin rəsmi valyutası olan yenin dəyər itirməsi ilə xarakterizə edilən cari rübdə artım gözləntilərini doğrultmayaraq qismən daralıb.

Nazirlər Kabinetinin cümə axşamı günü yenidən nəzərdən keçirdiyi rəqəmlərə görə, ölkədə ÜDM göstəricisi sentyabrın sonundan etibarən başlayan üç aylıq dövrdə illik 0,8 faiz azalıb. İqtisadçılar isə 1 faiz artım gözləyirdilər.

Ehtiyatların artması və zavod istehsalına tələbin azalması da iqtisadiyyatın daralmasında rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et