Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiya hökuməti planlaşdırılan rekord müdafiə xərcləri fonunda 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayaraq) 113 trilyon yendən (təxminən 735 milyard dollar) çox büdcə layihəsi hazırlamağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, müdafiə xərcləri ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yeni (təxminən 52 milyard dollar) keçə bilər.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi əhalinin yaşı artdıqca sosial təminat xərclərinin artması ilə əlaqədar rekord məbləğ - 34 trilyon yen (təxminən 220 milyard dollar) tələb edib.
Qeyd olunur ki, bütün nazirlik və idarələrdən daxil olan müraciətlərin ümumi məbləği 117,6 trilyon yeni (762 milyard dollardan çox) ötüb. Hazırda Maliyyə Nazirliyi bütün müraciətləri nəzərdən keçirir.