Yaponiya gözləniləndən çox artım göstərib | Banco.az

Yaponiya gözləniləndən çox artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya iqtisadiyyatı dördüncü rübdə illik 2,8 faiz artıb.

Banco.az xəbər verir ki, Yaponiyanın dördüncü rübdəki iqtisadi artımı ixracatdakı sıçrayışın dəstəyi ilə gözləntiləri üstələyib.

Bazar ertəsi açıqlanan hökumət məlumatlarına görə, Yaponiyanın ÜDM-i (Ümumi Daxili Məhsul) dördüncü rübdə illik 2,8% artaraq gözləniləndən daha yaxşı nəticə göstərib. İqtisadçılar isə bu göstəricinin 1% olacağını proqnozlaşdırırdılar. Rüblük əsasda isə iqtisadiyyat 0,7% böyüyərək ardıcıl üçüncü rübdə də artım nümayiş etdirib. İqtisadçılar bu göstəricinin 0,3% olacağını gözləyirdilər. Yaponiya üçüncü rübdə isə 0,4% böyümə qeydə almışdı.

Yaponiya iqtisadiyyatı ölkənin məhsul və xidmətlərinin dəyərini ölçən mövsümi təsirlərdən təmizlənmiş real ÜDM-də də 0,1% artım göstərib.

İxracatdakı sıçrayış ÜDM-in artmasına kömək edib, lakin daxili tələbin zəifləməsi artımı ləngidib. Xərclər illik 0,5% artaraq sürətini itirsə də, böyüməyə davam edib.

Bazar ertəsi açıqlanan ÜDM göstəriciləri Yaponiya Mərkəzi Bankının (BoJ) faiz dərəcələrini 2008-ci ilin oktyabrından bəri ən yüksək səviyyə olan 0,5%-ə qaldırdığı bir dövrdə gəlib ki, bu, pul siyasətinin sərtləşdirilməsi üçün əlavə imkanlar deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram