Yaponiya Bankı faiz dərəcəsini son 17 ilin ən yüksək səviyyəsinə qaldırıb | Banco.az

Yaponiya Bankı faiz dərəcəsini son 17 ilin ən yüksək səviyyəsinə qaldırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə qaldırıb.

Banco.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yanvarın 24-də başa çatan iki günlük iclasda Bank 17 ildə ilk dəfə olaraq qısamüddətli faiz dərəcələrini 0,25%-dən 0,5%-ə qaldırıb. Qərar biri bitərəf olmaqla, bir səsə qarşı səkkiz səslə qəbul edilib. 

Birdirilir ki, bu, 2024-cü ilin iyulundan bəri ilk faiz artımıdır.

Direktorlar şurası, əsas istehlak inflyasiyasının 2025-ci maliyyə ilində 2,4%-ə çatacağını, 2026-cı ildə isə 2,0%-ə enəcəyini proqnozlaşdırır. Ötən ilin oktyabrında verilən əvvəlki proqnozda 2025 və 2026-cı maliyyə illərində inflyasiyanın 1,9%-ə çatacağı gözlənilirdi.