Yaponiya 24 ildən sonra ilk dəfə valyuta bazarına müdaxilə edib | Banco.az

Yaponiya 24 ildən sonra ilk dəfə valyuta bazarına müdaxilə edib

Tamara Mustafayeva, Banco.az

ABŞ-dan fərqli pul siyasəti həyata keçirildiyi üçün bu il 20 faiz dəyər itirən yenin 1998-ci ildəki Asiya böhranından sonra ilk dəfə 145 səviyyəsini keçməsindən sonra Yaponiya valyuta bazarına müdaxilə edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiya valyuta bazarlarının rəhbəri Masato Kanda bugün verdiyi bəyanatda qəfil və birtərəfli hərəkətlər səbəbindən valyuta bazarına müdaxilə edildiyini açıqlayıb. Bəyanatdan sonra yen dollara qarşı 1,1 faiz dəyər qazanıb.

Hazırda dollar/yen məzənnəsi 142,16 səviyyəsində ticarət olunur.

Xatırladaq ki, sözügedən müdaxilə FED-in siyasət faizini 75 baza bəndi artırmasından sonra Yaponiya Bankının (mərkəzi bank) faizləri həddindən artıq aşağı səviyyədə saxlaması ilə məzənnənin 1998-ci ildən bəri ilk dəfə 145 səviyyəsini keçməsinin ardınca edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et