Yaponiya 2023-cü maliyyə ili üzrə büdcə layihəsini təsdiq edib | Banco.az

Yaponiya 2023-cü maliyyə ili üzrə büdcə layihəsini təsdiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya 2023-cü maliyyə ili üzrə 114,3 trilyon yen büdcə layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Yaponiyada Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün 114,3 trilyon yen (təxminən 840 milyard dollar) məbləğində büdcə layihəsini qəbul edib.

Hakim Liberal Demokrat Partiyası (LDP) və tərəfdaşı Komeitonun tərtib etdiyi yeni maliyyə ili büdcə layihəsi parlamentin iclasında təsdiqlənib.

Rekord məbləğdə büdcə layihəsi 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək və 114,3 trilyon yen (840 milyard dollar) təşkil edəcək.

Vergi daxilolmalarının 69,4 trilyon yen (509 milyard dollar) hesablandığı maliyyə ilinin büdcəsinin bir hissəsi dövlət istiqrazları hesabına ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, nəzərdə tutulan büdcənin 36,9 trilyon yeni (270 milyard dollar) sosial təminat xərclərinə, 6,8 trilyon yeni (49,8 milyard dollar) isə milli müdafiə xərclərinə sərf ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et