Yapon yarımkeçirici istehsalçıları satışlarını üç dəfə artırmalı olacaqlar | Banco.az

Yapon yarımkeçirici istehsalçıları satışlarını üç dəfə artırmalı olacaqlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyadakı yarımkeçirici istehsalçıları satışlarını üç dəfə artırmaq niyyətindədirlər.

Banco.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METI) ilk dəfə 2021-ci ildə hazırlanan Yarımkeçiricilər və Rəqəmsal Sənaye Strategiyasını 2023-cü ildə nəzərdən keçirməyi planlaşdırır.

Buna əsasən, 2030-cu ilə qədər yarımkeçiricilər və əlaqəli komponentlər və materiallar istehsal edən şirkətlərin satışlarını investisiya yolu ilə üç qat artıraraq 15 trilyon yenə çatdırmaları tələb olunacaq.

Yeni strategiya çərçivəsində METI növbəti 10 il ərzində Ar-Ge sahəsi də daxil olmaqla dövlət və özəl sektorlar tərəfindən bu sektora 11 trilyon yen investisiya ehtiyacını vurğulayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2020-ci ildə Yaponiyada yarımkeçiricilər, komponentlər və material istehsalçılarının satışları 5 trilyon olaraq qeyd edilib. Bu nisbət qlobal payın faizinə uyğundur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et