Yapon şirkətlərindən 2,7 milyard dollar çip investisiyası | Banco.az

Yapon şirkətlərindən 2,7 milyard dollar çip investisiyası

Müəllif:Mehin Qasımova/Banco.az

"Toshiba" və "Rohm Co" yarımkeçirici materiallar sektoruna 388,3 milyard yen (2,7 milyard dollar) dəyərində birgə sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, bu  yapon elektronika istehsalçılarının birgə bəyanatında öz əksini tapıb.

Belə ki, "Toshiba" və "Rohm" yarımkeçirici materiallar sektoruna birgə sərmayə qoymağı hədəfləyirlər. 388,3 milyard yenlik (2,7 milyard dollar) birgə investisiya çərçivəsində İşikava və Miyazaki prefekturalarında yerləşən çip istehsalı müəssisələrində şirkətlərin istehsal həcmi artırılacaq.

İnvestisiya Yaponiya hökumətinin sabit yarımkeçirici təchizatına dəstək münasibətindən faydalanacaq.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye  naziri Nishimura Yasutoshi mövzu ilə bağlı etdiyi şərhdə qeyd edib ki,  bu, lider çip istehsalçısı olma yolunda ilk addım olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram