Yapon şirkətləri işçilərinə “DeepSeek”dən istifadəni qadağan edirlər | Banco.az

Yapon şirkətləri işçilərinə “DeepSeek”dən istifadəni qadağan edirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yapon şirkətləri işçilərinə “DeepSeek”dən istifadəni qadağan edirlər.

Banco.az xəbər verir ki, Yaponiyada yerləşən avtomobil istehsalçısı “Toyota” və müdafiə sənayesi şirkəti 2Mitsubishi Heavy Industries” əməkdaşlarının Çin mərkəzli şirkətin inkişaf etdirdiyi süni intellekt modeli “DeepSeek”dən istifadə etməsini qadağan edib.

“Kyodo” agentliyinin xəbərinə görə, “Toyota” və “Mitsubishi” şirkətlərinin nümayəndələri mövzu ilə bağlı açıqlama verib.

“Toyota”nın nümayəndəsi qadağa ilə bağlı, "Məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var" deyə bildirib. “Mitsubishi” isə əməkdaşlarının “DeepSeek”dən "iş məqsədli" istifadəsini qadağan etdiyini qeyd edib.

Digər tərəfdən, Yapon telekommunikasiya şirkəti “SoftBank”ın da əməkdaşlarına “DeepSeek”dən şirkətə məxsus cihazlarda istifadə etməyi qadağan etdiyi bildirilib.

Bir çox Yapon şirkətinin yalnız ABŞ tərəfindən hazırlanmış süni intellekt alətlərindən istifadə etdiyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram