Yapon bankı Dollar/TL proqnozunu açıqladı | Banco.az

Yapon bankı Dollar/TL proqnozunu açıqladı

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sürpriz faiz endirimindən sonra xarici qurumların türk lirəsi ilə bağlı təhlilləri gəlməyə başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhlillərdən biri Yaponiyanın MUFG Bankı tərəfindən irəli sürülüb. Bankın iqtisadçıları gələn ilin birinci rübündə Dollar/TL-nin 20 səviyyəsinə yüksələcəyini proqnozlaşdırıblar.

MUFG Bank iqtisadçıları türk lirəsinin zəifləməyə davam edəcəyini bildirərkən, Türkiyənin böyük mənfi real gəlirlər səbəbiylə cari hesab kəsirinin artdığına da diqqət çəkiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et