Yapon avtomobil istehsalçısı “Honda” Kanadada fabrik inşa edəcək | Banco.az

Yapon avtomobil istehsalçısı “Honda” Kanadada fabrik inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Honda” Kanadada elektrik avtomobili və akkumulyator fabriki inşa etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Honda” Kanadada 11 milyard dollarlıq elektrik avtomobili və akkumulyator fabriki quracağını açıqlayıb.

“Honda Motor” Kanadadakı ən böyük investisiyası olan Ontario şəhərindəki mövcud obyektləri ilə yanaşı, yeni elektrik avtomobilləri və akkumulyator istehsalı müəssisələrinə 15 milyard Kanada dolları (11 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

Qeyd edək ki, şirkət rəhbərləri və Kanadanın Baş Naziri Castin Trudeau tərəfindən elan edilən sözügedən investisiya “Honda”nın Şimali Amerikada elektromobil tələbatının daha da artacağına dair proqnozlarından xəbər verir. Digər yapon avtomobil istehsalçıları kimi “Honda” da elektromobil bazarına gec daxil olsa da, hazırda sürətlə inkişaf edən çinli rəqibləri ilə daha yaxşı rəqabət aparmaq üçün səy göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, inşası planlaşdırılan fabrikdə istehsal prosesinin 2028-ci ildə başlaması nəzərdə tutulur və illik istehsal gücünün maksimum 240 min elektrik avtomobili və akkumulyatorlar üçün 36 giqavat saat olacağı güman edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et