“YapıKredi Bank Azerbaijan”da kadr dəyişikliyi baş verib.
Banco.az "APA"ya istinadən xəbər verir ki, Nikolo Ubertalli (Niccolo Ubertalli) Müşahidə Şurasına yeni üzv seçilib.
Hal-hazırda Müşahidə Şurasına Faik Açıkalın rəhbərlik edir. Zeynep Nazan Somer Özelgin, Volfqanq Şlik (Wolfgang Schilk), Feza Tan isə Müşahidə Şurasının digər üzvləridir.