Yapıkredi Bank Azərbaycan xalis mənfəətini 112% artırıb! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yapıkredi Bank Azərbaycan xalis mənfəətini 112% artırıb!

2018-ci ilin ikinci rübündə Yapkredi Bank Azərbaycan aktivlərinin həcmini 4 mln 825 min azaldıb, belə ki 411 mln 90 min manat  olan aktivlər 406 mln 825 min manata düşüb. Öhdəliklərin həcmi isə 2% azalıb.

Kredit portfelini 11% artıran bank rüb sonuna 161 mln 262 min manata  yüksəltməyə nail olub.  Depozit portfeli isə 310 mln 531 min manatda 307 mln 239 min manata düşərək 3 mln 292 min manat azalıb.

Kapitalını 905 min manat artıran bank 74 mln 359 min manatda saxlamağı bacarıb, məcmu kapitalı isə 1 mln 264 min manat artıraraq 65 mln 750 min manat reallaşıb.

Xalis mənfəəti isə 660 min manatdan 1 milyon 401 min manata yüksələrək 112% artım göstərib.