Yapı Kredi İnternet Bankçılıq məhsulu İlin Ən Yaxşısı oldu! | Banco.az

Yapı Kredi İnternet Bankçılıq məhsulu İlin Ən Yaxşısı oldu!

Banco.az saytı 2014-cü ilin nəticələrinə görə maliyyə təşkilatları arasından İlin Ən Yaxşılarını seçib. Hər il olduğu kimi bu il də, portalımızda səsvermə 8 nominasiya üzrə keçirilib. Nominasiyalardan biri də İlin internet bankçılıq xidmətidir. Müasir dövrdə həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Bank əməliyyatları da son illər istifadəçilərə evdan və ya ofisdən ayrılmadan bank əməliyyatları aparmağa imkan verir. Banklarımız ən innovativ internet bankçılıq xidmətini təqdim etmək uğrunda daim rəqabətdədirlər.

Bu ilki online səsvermə 5 mart- 5 aprel aralığını əhatə etdi. 1 ay davam edən səsvermədə  Yapı Kredi Bank Azərbaycan 35% (2287) səslə birincilik qazandı. Yapı Kredi İnternet Bankçılıq məhsulu ilin ən yaxşısı adına layiq görüldü.

Mükafat şirkətimiznin direktoru Fərid İslamov tərəfindən, Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin sədri Altan Şentürkə təqdim olunub.

Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətinə çox böyük önəm verir. Filiallara getmədən, növbələr gözləmədən, internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi İnternet Bankçılıq xidmətinin əsas üstünlükləri kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, ölkədaxili və bank daxili pul köçürmələri etmək, konvertasiya əməliyyatlarını həyata keçirmək, əmanət yatırmaq, Worldcard-dan karta və ya hesaba pul köçürmək, ağıllı assistent və ağıllı kitabça funksiyalarından yararlanmaq, eyni zamanda, Worldcard borcunu və kommunal ödənişləri avtomatik olaraq ödəmək, hesab bildirişini çap etmək və s.-dən ibarətdir. Bundan əlavə, bu funksiyaların bir çoxu yerinə yetirilməsi üçün Yapı Kredi Bank Azərbaycan Mobil bankçılıq məhsulunu da müştərilərinin istifadəsinə vermişdir. Mobil Bankçılıq məhsulunu Android və IOS tipli əməliyyat sistemli mobil qurğular üçün yükləyə bilərsiniz.
Xidmətə qoşulmaq üçün bankın bütün filiallarından sadə bir müraciət forması doldurmaq kifayət edir. İnternet Bankçılıq xidmətindən bankın müştərisi olan hüquqi və fiziki şəxslər, Worldcard sahibləri və World Üzv Ticarət Obyektləri yararlana bilərlər. Qeyd edək ki, xidmətə qoşulmaq ödənişsizdir.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az
https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et