Yapı Kredi Bankın İdarə Heyətinin Sədri - Cenk Yüksel | Banco.az

Yapı Kredi Bankın İdarə Heyətinin Sədri - Cenk Yüksel

Cenk Yüksel – Yapı Kredi Bank Azərbaycanın idarə heyətinin sədri və Baş Direktorudur. O, bu vəzifəyə 2015-ci ildə təyin olunub.

Təhsil

Cenk bəy, 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirib.

Karyera

1996-2009-cu illərdə Koç Bankda daxili auditor, Daxili Audit Departamentinin baş auditoru, Daxili Audit Departamentini rəhbəri, Daxili Audit Departamentinin nəzdində Kredit və Risk Auditinin bölüm rəhbəri vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yapı Kredi Bankası A.Ş Daxili Audit departamentinin nəzdində Strateji Planlama və Audit koordinasiya qrupunun direktoru olmuşdur.

 05.06.2015- 28.09.2015 -ci ildə "Yapı Kredi Bank Azərbaycan" QSC  Əməliyyatlar üzrə Baş Direktor (COO) kimi fəaliyyət göstərib.

28.09.2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan" QSC-da İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışır.

Müsahibələrdən sitatlar

"Uğurun təməlində güclü səhmdar strukturu, müştərilərin etibarı və onlara göstərilən keyfiyyətli xidmət durur"

“Sahibkar öz biznes modelinin yaxşılaşdırılması, pul axınlarının idarə edilməsi, savadlı və ölçülüb-biçilmiş məsləhətlərə ehtiyac duyur”

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycan coğrafi mövqeyi və münbit torpaqları ilə kənd təsərrüfatı üçün çox əlverişlidir"

“Hədəfimiz ödəniş terminalları, mobil və internet bankçılıq xidmətlərini müştərilərin istifadəsinə verməklə onların banka əlçatanlığını təmin etməkdir”

"Yapı Kredi Bank Azərbaycan" 16 il ərzində yatırılan sərmayələrin qarşılığında müştərilərinin artan etibarını qazanıb: Bu isə öz növbəsində daha böyük uğurlar qazana bilməyimiz üçün bizdə əlavə ruh yüksəkliyi yaradır”

"Yapı Kredi Bank Azərbaycan" ölkəmizin bankçılıq sektoruna kifayət qədər innovativ məhsullar təqdim edən banklardan öndə gedənidir: İnternet bankçılıq və Mobil bankçılıq xidmətlərimizlə müştərilərimiz banka gəlmədən - evlərindən, ofislərindən və internetin olduğu hər yerdən bir çox əməliyyatlar apara bilirlər. İnformasiya texnologiyalarını sıx-sıx istifadə etməyimiz müştərilərimizin innovativ məhsulları seçim etməsinə səbəb olur ki, bu da filiallarımızdakı trafiki azaldır, müştərilər növbələrə artıq zamanlarını ayırmırlar.”

“Azərbaycan iqtisadiyatının dayanıqlı olması üçün hər birimiz vergilərimizi tam və vaxtında ödəməliyik. Ölkəmizin inkişaf etməsi və gənc nəsillərə sağlam iqtisadiyyat bəxş etməyimiz üçün bu labüd addımdır”

“Avropada və Türkiyədə olan bankçılıq təcrübəmizi Azərbaycanda da tətbiq edirik. Hər iqtisadi şəraitə uyğunlaşa bilən idarə etmə modelimiz bankımızın daha dayanılqı olmasını təmin edir. Yapı Kredi Bank Azərbaycan müştərilərimizin tələblərini tam şəkildə yerinə yetirmək iqtidarındadır”