Yapı Kredi Bank Maliyyə göstəricilərini AÇIQLADI | Banco.az

Yapı Kredi Bank Maliyyə göstəricilərini AÇIQLADI

Yapı Kredi Bank Azərbaycan 2018-ci ilin üçüncü rübünün nəticələrini öz veb səhifəsində açıqlayıb. Hesabatlara nəzər yetirdikdə, rəqəmlərin qənaətbəxş olduğunu, bankın real sektora verdiyi dəstəyi, öhdəliklərinin icrasında heç bir çətinliyinin olmaması, kapitalının dayanıqlı şəkildə artdığını görmək mümkündür.

Üçüncü rübün sonuna olan məlumata görə, bankın xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 16% artmış və xalis mənfəəti 2,7 milyon manata çatmışdır. Bank yuxarıda qeyd etdiyimiz kimi, real sektorun inkişafı üçün kredit məhsullarının həcmini artırmış və ilin əvvəlindən üçüncü rübün sonuna qədər 18% daha artıq kredit vermişdir. Bankın cəmi aktivləri də artım göstərmişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin üçüncü rübündə cəmi aktivlər 24%-lıq artım göstərərək 500 milyon manatı ötmüşdür. Bankın ötən rüblərdə olduğu kimi, bu rübdə də digər maliyyə qurumları, o cümlədən, Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında maliyyə öhdəliyinin olmadığı görünür.

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycana müştərilərin güvəni də artmışdır. Belə ki, bankın cəmi depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 397 milyon manata, o cümlədən, fiziki şəxslərin tələbli depozitləri eyni dövrlə müqayisədə 18% artaraq 48,9 milyon manata, hüquqi şəxslərin tələbli depozitləri 39% artaraq 248,7 milyon manata, fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 22% artaraq 99,5 milyon manata çatmışdır. Bu rəqəmlərin hər ötən dövrlə müqayisədə artması, müştərilər tərəfindən banka olan güvənin nəticəsidir. Təsadüfi deyil ki, Yapı Kredi Bank Azərbaycan  İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən 2018-ci ilin ən etibarlı bankı mükafatına layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycan öz kapitalını da artmışdır. Belə ki, bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 67,894 milyon manata çatmışdır

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.