Yapı Kredi Bank Azərbaycan olaraq, müştərilərimizə daha sərfəli və rahat maliyyə xidmətləri təqdim etmək məqsədi ilə yeni bir addım atdıq. Kampaniya çərçivəsində mobil tətbiqimiz vasitəsi ilə ölkədaxili istənilən bank kartlarına köçürmələr (C2C) 31.07.2024 tarixinədək komissiyasız olacaqdır.
Kampaniya haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!