"Yapı Kredi Bank Azərbaycan" UEFA Avropa Liqasının rəsmi bankı seçildi | Banco.az

"Yapı Kredi Bank Azərbaycan" UEFA Avropa Liqasının rəsmi bankı seçildi

"Yapı Kredi Bank Azərbaycan" 2016-2017-ci il mövsümü üçün Azərbaycanda UEFA Avropa Liqasının Rəsmi Bankı seçildi.

Bankdan aldığımız məlumata əsasən, Bank Azərbaycan klublarının beynəlxalq arenada dəstəklənməsini əsas tutaraq, eyni zamanda yerli azərkeşlərin klublarımıza olan maraq və diqqətini bir yerə toplamağı hədəfləyir.

Sözügedən dövr ərzində "Yapı Kredi Bank Azərbaycan" öz müştərilərini müxtəlif müsabiqə və hədiyyələrlə sevindirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan" hər zaman müxtəlif sahələrin inkişafına dəstək olmuşdur.

Azərbaycanı UEFA Avropa liqasında təmsil edən Qarabağ və Qəbələ futbol klublarına “Yapı Kredi Bank Azərbaycan” öz adından uğurlar diləyərək, gündən günə inkişaf edən Azərbaycan futboluna dəstək olmaqdan şərəf hissi duyur.

Bildirmək istərdik ki, "Yapı Kredi Bank"ın əsas sərmayədarlarından olan "Unicredit" dünyada UEFA Çempionlar liqasının ve UEFA Avropa liqasının sponsorudur. Azərbaycanda isə "Unicredit"i "Yapı Kredi Bank Azərbaycan" təmsil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et