Yapı Kredi Bank Azərbaycan qalibləri mükafatlandırdı | Banco.az

Yapı Kredi Bank Azərbaycan qalibləri mükafatlandırdı

5 noyabr tarixində Yapı Kredi Bank Azərbaycanın baş ofisində bank tərəfindən keçirilən kampaniyanın qalibləri mükafatlandırmaq məqsədilə tədbir baş tutub.

Tədbirdə Banco.az olaraq biz də iştirak etdik.

Belə ki, Oktyabr ayında Worldcard-la 29 sentyabr-29 oktyabr tarixləri arasında 10 manatdan çox alış-veriş edən müştərilər lotoreya çəkilişində iştirak ediblər. Kampaniyanın 5 xoşbəxt qalibi dəyərli hədiyyələr qazanıb.

Qeyd edək ki, bu Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi ilk kampaniya deyil. Bank dəfələrlə, Worldcard-la əməliyyat aparan müştərilərini qiymətli hədiyyələrlə sevindirib.  Bu dəfəki , lotoreyada uduş sayı  98832-yə bərabər olub. Worldcardla 10 manatdan çox və hissəli alış-veriş edən müştərilər lotoreyada iştirak etmək hüququ qazanıblar.

Kampaniyanın əsas qalibi Səmədov Xəyal diş həkimidir. İspaniyada Worldcard-la etdiyi alış-veriş ona Nyu Yorka iki nəfərlik səyahət fürsəti qazandırıb. Xəyal bəy tədbir zamanı Yapı Kredi Bank Azərbaycana, müştərilərinə yaratdığı belə fürsətlərə görə təşəkkürünü və ürək sözlərini bildirib:

Ən sərfəli kredit üçün müraciət et

Xarici ölkələrə tez tez səfər edirəm. Bu dəfə, İspaniyaya getməzdən əvvəl özümə yeni Worldcard aldım və ölkə xaricində alış-veriş etdim.  Qalib olmağım haqqında mənə zəng gələndə isə sevincdən hətta qışqırdım, hisslərimi daha açıq ifadə etməyə isə, olduğum məkan mane olduJ. Avropaya tez-tez səyahət etməyimə baxmayaraq. Amerikada heç vaxt olmamışam.  Yeni ili  Amerikada qarşılamaq isə arzum idi. Bu ilki mənə Yapı Kredi Bank Azərbaycan yaşadacaq, buna görə sizə sonsuz təşəkkürümü bildirirəm.

Digər qalib- Seymur Qocayev isə Gəncə sakinidir. O, da öz hədiyyəsinə ( 1 ədəd iPhone 6 space grey) qovuşdu. Seymur bəy də hədiyyəyə görə təşəkkürünü bildirdi və bundan sonra Worldcard-ın onun daimi və yeganə alış-veriş kartına çevriləcəyini söylədi.

Tədbirin sonunda Yapı Kredi Bank Azərbaycanın əməkdaşları Bankın müştəri məmnunluğunu qazanmağa istiqamətlənən məqsədlərindən danışdılar. Həmçinin vurğulandı ki, onların məqsədi müştərilərin həyatını rahatlaşdıracaq və onlara imkanlar qazandıracaq belə aksiyaların tez-tez keçirilməsindən ibarətdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et