Yapı Kredi Bank Azərbaycan-ın depozit portfeli 373 mln. manatı ötüb | Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın depozit portfeli 373 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin birinci yarısında 4 milyon 382 min manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan-ın mənfəəti illik müqayisədə 778 min manat və ya 21,6% artıb.

Maliyyə nəticələrinə əsasən, 2023-cü ilin sonu ilə müqayisədə bankın aktivlərinin həcmi 11 milyon 675 min manat və ya 2,3% artaraq 526 milyon 535 min manata yüksəlib. 

Bankın kredit və depozit portfeli də hesabat dövrü ərzində artım göstərib. 

Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə bankın kredit portfeli 22 milyon manat (7,5%) artıb və 313,8 milyon manat olub. Depozit portfeli isə 7,1 milyon manat (1,9%) artaraq 373 milyon 817 min manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram