Yapı Kredi Bank Azərbaycan ilin ilk rübünü mənfəətlə bağladı | Banco.az

Yapı Kredi Bank Azərbaycan ilin ilk rübünü mənfəətlə bağladı

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2017-ci ilin ilk rübünü müsbət göstəricilərlə sona vurubdur.

Bankdan Banco.az-a verilən məlumata görə, Yapı Kredinin xalis mənfəəti 2017-ci ilin ilk rübündə 2 milyon AZN olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26%-lik artım deməkdir.

Azərbaycanda 100% xarici kapitalal çalışan və dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycan-a son illərdə müştərilərin etibarı artmaqdadır və xüsusilə korporativ müştərilər beynəlxalq təcrübəyə malik bankla işləməyə üstünlük verirlər. Bu barədə bankın İdarə Heyətinin sədri cənab Cenk Yüksel: “Biz 17 ildir ki, Azərbaycan iqtisadiyyatına yatırımlaredirik və bu yatırımların qarşılığında müştərilərimizin bizə inamı maddi olaraq ölçə bilməyəcəyimiz qədərdir. Buna görə bütün müştərilərimizə təşəkkürümüzü bildirirəm, bundan sonrakı dövrlərdə də, onların maliyyə dəstəkçisi olmağa davam edəcəyik” şəklində açıqlama verdi. Həqiqətən də, bankın hesabatlarına baxdıqda, müştərilərin Yapı Kredi Bank Azərbaycana inanaraq əmanətlərinin bu banka yatırıldığı hiss edilir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin miqdarı 103%, cari hesablarda olan pul vəsaitlərinin məbləği isə 45% artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdırmaq istərdik ki, Yapı Kredi Bank Azərbaycan dayanıqlı bankçılıq fəaliyyətini davam etdirmək üçün ötən aylarda nizamnamə kapitalını 5 milyon dollar ekvivalentində artırmışdır.