Müəllif: Gülnar Əhmədli, Banco.az
Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin 9 ayında (yanvar-sentyabr ayları) 8 milyon 303 min manat təşkil edib.
Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Maliyyə nəticələrinə əsasən, 2023-cü ilin sonu ilə müqayisədə bankın aktivlərinin həcmi 55 milyon 950 min manat və ya 10,9% artaraq 570 milyon 810 min manata yüksəlib.
Bankın kredit və depozit portfeli də hesabat dövrü ərzində artım göstərib.
Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə bankın kredit portfeli 33 milyon 284 min manat (11,4%) artaraq 325 milyon manatı ötüb. Depozit portfeli isə 36,6 milyon manat (10%) artaraq 403 milyon 269 min manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!