Müəllif: Gülnar Əhmədli, Banco.az
Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin yanvar-iyun aylarında 4 milyon 788 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 30 iyun 2025-ci il tarixinə Yapı Kredi Bank Azərbaycan-ın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 78 milyon manat və ya 9,8% artaraq 870 milyon 732 min manata bərabər çatıb.
Bankın kredit portfeli hesabat dövrü ərzində artım göstərib. Belə ki, 2025-ci ilin sonu ilə müqayisədə bankın kredit portfeli 29 milyon 483 min manat (6,3%) artıb və 496 milyon 741 min manat olub.
30 iyun tarixinə bankın depozit portfeli 572 milyon 968 min manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 45 milyon 225 min manat və ya 8,6% çoxdur.


Bizi sosial şəbəkələrdən izləyin!!
