Yanvarın 1-dən pensiyalar təxminən 13-14 faizə yaxın artırılacaq | Banco.az

Yanvarın 1-dən pensiyalar təxminən 13-14 faizə yaxın artırılacaq

Gələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Keçmiş deputat Musa Quliyev bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir: "2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq. Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq. Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əmək haqları, pensiyalar, müavinətlər artacaq".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et