Bildiyimiz kimi, bankın aktivləri onun sahib olduğu maddi və qeyri-maddi bütün varlıqları əhatə edir. ROA əmsalı da (return on assets) bankların sahib olduğu resursların ona nə qədər gəlir gətirdiyini göstərir, yəni xalis mənfəətə aktivlərə bölünməsi ilə hesablanır. Hazırda banklarımızın ROA əmsalı -0,02%-ə bərabərdir. Bu o deməkdir ki, banklarımız hazırda sahib olduğu resurslardan qazanmaq əvəzinə itirir, eyni zamanda bu rəqəm yanvar ayındakı rəqəmdən 107% azdır. Keçən ilin may ayında isə aktivlərin gəlirliliyi əmsalı 0,59% olub.
Yuxarıdakı laynqrafdan göründüyü kimi, banklarımızın ROA əmsalının ən çox olduğu ay fevral ayıdır, yəni banklarımız yanvardan fevrala cəmi aktivlərinin 330 mln artırıb. Ən az olduğu ay isə mart ayıdır, çünki banklarımız fevral ayından mart ayına cəmi aktivlərini 592 mln azaldıb.
Xəzər Aslanov. Banco.az