Yanvarda ölkəyə 20 ədəd avtobus idxal edilib | Banco.az

Yanvarda ölkəyə 20 ədəd avtobus idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar ayı ərzində 20 ədəd avtobus idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 19,5% azalıb.

Belə ki, 20 ədəd avtobusa görə, ölkədən 807 min 750 ABŞ dolları valyuta çıxıb. 2023-cü ilin yanvarında bu göstərici 1 milyon ABŞ dolları dəyərində idi.

Qeyd edək ki, 2023-cü ilin yanvarında da ölkəyə gətirilən avtobuslar say etibarı ilə bu ilin yanvarında olduğu qədər (20 ədəd) olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram