Yanvarda gömrük orqanları üzrə büdcə daxilolmaları 68% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yanvarda gömrük orqanları üzrə büdcə daxilolmaları 68% artıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 173 962,60 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 335,94 min manat yaxud 67,87% çoxdur.

DGK-ya istinadən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24 602,94 min manat yaxud 104,95% artaraq 48 045,40 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 40 833,21 min manat yaxud 53,10% artaraq 117 734,30 min manat, aksizlər üzrə 3 552,08 min manat yaxud 167,23% (2,67 dəfə) artaraq 5 676,10 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 347,69 min manat və ya 116,27% yaxud 2,16 dəfə artaraq 2 506,80 min manat təşkil edib

Mənbə: Report.az