Yanvarda ən çox qazanc gətirən və ya ziyan verən əmtəələr | Banco.az

Yanvarda ən çox qazanc gətirən və ya ziyan verən əmtəələr

Əmtəə bazarında keçən il ən çox qazandıran kakao, yanvar ayında investorunu məyus edib. 

Yanvar ayında 15 əmtəə sərmayəçisinə qazandırıb.

Çinin tələbinin güclü qalacağına dair proqnozlar, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmağa fasilə verməsi, dollar indeksindəki geriləmə əmtəə bazarına yanvar ayında müsbət təsir edib.

Yanvar ayında kakao və təbii qaz sərmayəçilərini zərərə salıb, alüminiumun qiyməti dəyişməyib. Paladyum, buğda, qarğıdalı, qızıl, soya paxlası, pambıq, gümüş, platin, nikel, mis, qurğuşun, Brent nefti, qəhvə, şəkər, sink  sərmayəçilərinə qazanc gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Keçən il sərmayəçisinə 27,6% qazandıran kakao, əmtəə bazarında yanvar ayında 10,3% ilə sərmayəçisinə ən çox ziyan yaradan məhsul olub.

2019-cu ilin ilk ayında təbii qaz 1,3% ucuzlaşıb.

Yanvar ayında sərmayəçisinə ən çox qazandıran 14,2% ilə Nikel olub. Nikelin ardınca 13,2% ilə Brent nefti,  6,6% ilə sink, 6% ilə  paladyum,  5,8% ilə şəkər, 4% ilə qəhvə, 3,8% ilə gümüş, 3,6% ilə qurğuşun, 3,3% ilə platin, 3% ilə pambıq, 2,9% ilə qızıl, 2,6% ilə buğda, 2,3% ilə soya paxlası, 1,8% ilə mis və 0,4% qazanc ilə qarğıdalı gəlir.

marja