Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 16.1 milyon manat kredit verilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 7.3 milyon manat və ya 82.95% çoxdur.
Hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği isə 20.9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 9 milyon manat və ya 30.1% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!