Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları ötən ay müştərilərə verilmiş kreditlərdən 239.7 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39.8 milyon manat və ya 19.9% çoxdur.
Banklar 2023-cü ilin yanvarında 199.9 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 47.4 milyon manat artaraq 321 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!