Yanvarda Azərbaycana gətirilən geyim idxalı 30 milyon dolları keçdi | Banco.az

Yanvarda Azərbaycana gətirilən geyim idxalı 30 milyon dolları keçdi

2026-cı ilin yanvar ayında Azərbaycana 30,1 milyon dollar dəyərində geyim əşyaları və geyim ləvazimatları idxal edilib.

Banco.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% azalma deməkdir.

2025-ci ilin yanvarında idxal dəyəri 34.2 milyon dollar təşkil etmişdi.

Bu ilin ilk ayında ölkəyə gətirilən geyim məhsullarının payı isə ümumi idxalın 2.31%-i olaraq qeydə alınıb.